Səfir Rusiyanın Qarabağ münaqişəsinin həlli üzrə mövqeyini açıqladı
Biz beynəlxalq hüquq normaları əsasında və bu regionda yaşayan insanların maraqlarında münaqişənin ədalətli həllinin tərəfdarıyıq.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən deyib.
Səfirin sözlərinə görə, Rusiyanın bu məsələdəki mövqeyi dəfələrlə səsləndirilib:
“Bunu həm XİN rəhbəri, həm də prezidentin mətbuat katibi bildirib”.
Mənbə:> Oxu.Az