Fransada 720 polis əməkdaşı bir şübhəlinin axtarışı ilə məşğuldur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Fransada 720 polis əməkdaşı bir şübhəlinin axtarışı ilə məşğuldur

Fransada 720 polis əməkdaşı bir şübhəlinin axtarışı ilə məşğuldur

Ötən gün Fransanın Strasburq şəhərində atəş açan şəxsin axtarışına 720 asayiş keşikçisi cəlb olunub.

RİA “Novosti” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner məlumat verib.

Nazirin sözlərinə görə, uzun müddətdir polisə tanış olan həmin şəxs ilk dəfə hələ 13 yaşında məhkum olunmuşdu.

Xatırladaq ki, ötən gün axşam Strasburqdakı Milad yarmarkasında 29 yaşlı şəhər sakininin ətrafa atəş açması nəticəsində son məlumatlara əsasən, 3 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Paris şəhər prokuroru öldürülənlərin iki nəfər olduğunu, daha birinin isə beyin ölümündən dünyasını dəyişdiyini deyib.

Mənbə: RİA Novosti
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *