ABŞ-da məktəbdə atışma nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

ABŞ-da məktəbdə atışma nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb – YENİLƏNİB

ABŞ-da məktəbdə atışma nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) məktəbdə silahlı insident baş verib.

RİA “Novosti” xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 3 nəfər yaralanıb.

İlkin məlumata əsasən, insidentlə əlaqədar 2 nəfər saxlanılıb.

CNN telekanalının xəbərinə görə, silahlı şəxs sinifə daxil olaraq atəş açıb.

Hadisənin digər təfərrüatları və atəş açan şəxsin kimliyi barədə hələ ki, məlumat verilmir.

* * *19:42

ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 8 nəfər ölüb. Bu barədə "АВС13" telekanalı mənbələrinə istinadən xəbər verir.

Ölənlərin müəllim və ya şagird olduğu bilinmir.

Atəş açan şəxs saxlanılıb

Qeyd edək ki, Santa-Fe məktəbində 1 400-dək şagird təhsil alır.

* * *18:37

ABŞ-ın Santa Fe şəhərində (Texas ştatı) orta məktəbdə atışma olub.

"Report" xəbər verir ki, bu barədə məktəbin bəyanatında deyilir.

"Bölgə mühasirəyə alınıb. Əlavə məlumat əldə edən kimi yeni bilgi veriləcək", - bəyanatda vurğulanır.

Mənbə: RİA “Novosti
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *