ABŞ orta məktəbində atışma baş verib
ABŞ-ın Merilend ştatında növbəti silahlı insident baş verib.
Oxu.Az NBC telekanalına istinadən xəbər verir ki, insident Qreyt-Mils orta məktəbində qeydə alınıb.
Yerli KİV-nin məlumatına görə, çox sayda zərərçəkən var.
Sent-Meri rayonunun şerif idarəsi orta məktəbdə silahlı insidentin baş verdiyini təsdiqləyib, valideynlərdən uşaqları məktəbə gətirməməyə xahiş edib. Hadisə yerinə gələn polis qüvvələri məktəbi tam mühasirəyə alıb.
Rayonun təhsil şöbəsi vəziyyətin tam nəzarətdə olduğunu açıqlayıb.
Məlumata görə atəşi açan şəxs məktəbin şagirdlərindən biri olub. Onun yaralı vəziyyətdə xəstəxanaya aparıldığı bildirilir.
Silahlı hücumun motivləri barədə məlumat verilmir.
Mənbə:> Oxu.Az