Rusiya və NATO-nun ali komandanlığı gözlənilmədən Bakıda
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Körtis Skaparrottinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Virtualaz.org-un məlumatına görə, Körtis Skaparrotti Bakıya Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşmək üçün gəlib.
O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.
Görüş dekabrın 12-də keçiriləcək.
Mənbə:> Virtualaz.org