NATO-nun Avropadakı Ali Baş Komandanı İlham Əliyevlə danışıqlarda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xəbəri AzərTAc yayıb.
Virtualaz.org xatırladır ki, dövət başçısı bir az əvvəl Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.
Generallar Bakıda bir araya gələcək və Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirələr edəcəklər.
Mənbə:> AzerTac