“Qarabağ klanı” Paşinyana savaş elan etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

“Qarabağ klanı” Paşinyana savaş elan etdi

“Qarabağ klanı” Paşinyana savaş elan etdi

Dekabrın 11-dən etibarən Ermənistanda kütləvi aksiyalar başlaya bilər.

Musavat.com xəbər verir ki, həmin gün ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə piket və mitinqlərin keçirilməsi qərarının veriləcəyi gözlənilir. Artıq “Prezidentə azadlıq” təşəbbüs qrupu bununla bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, mövcud hakimiyyət Konstitusiyanı və Ermənistan qanunlarını kobud şəkildə pozub. Təşəbbüs qrupu hakimiyyətin məhkəməyə təzyiq etdiyini, ermənilərin milli maraqlarına zidd Dağlıq Qarabağı müdafiə komitəsinin sədri, “artsax qəhrəmanı”, “Dağlıq Qarabağ"ın birinci və Ermənistanın ikinci “prezidenti”ni həbs etdiyini bildirib.

“Biz, Ermənistanın bir qrup vətəndaşı baş verənləri antikonstitusion cinayət kimi qiymətləndirərək, bu dəhşətli qanunsuzluqlara özümüzün həlledici səsimizi qaldırmağa hazırlaşırıq”, - bəyanatda bildirilib.

Təşəbbüskarlar mübarizənin mitinq mərhələsini elan etdiklərini bildirərək, hər bir vətəndaşı onlara qoşulmağa çağırıblar.

“Piket və mitinq günü 11 dekabrdan başlayacaq. Bizimlə birləşin!"
- deyə bəyanatda qeyd edilir.

Göründüyü kimi, "Qarabağ klanı" N.Paşinyan hökumətinə savaş elan edib. Qarşıdakı günlərdə siyasi hərarətin güclənəcəyi şübhə doğurmur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *