Paşinyan Ter-Petrosyanla Qarabağı müzakirə etdi
Ermənistan baş naziri Nikol Paşinyan və ölkənin birinci prezidenti Levon Ter-Petrosyan Qarabağ problemini və Ermənistanın qarşısında duran çağırışları müzakirə ediblər.
Oxu.Az Ermənistan hökumətinin məlumatına istinadla xəbər verir ki, görüş Ter-Petrosyanın təşəbbüsü ilə iyulun 16-da baş tutub.
“Ter-Petrosyan bu problemlərlə bağlı fikirlərini bölüşüb. Həmçinin, Qarabağ problemi və xarici siyasət müzakirə edilib”, - məlumatda bildirilib.
Mənbə:> Oxu.Az