Ermənistanda səslərin 20%-i hesablandı: Paşinyanın bloku mütləq qalibdir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ermənistanda səslərin 20%-i hesablandı: Paşinyanın bloku mütləq qalibdir – YENİLƏNİB

Ermənistanda səslərin 20%-i hesablandı: Paşinyanın bloku mütləq qalibdir

Mərkəzi Seçki Komissiyası bülletenlərin 20,06%-nin (Yerevan şəhərindən hələ heç bir məntəqənin nəticəsi yoxdur) nəticələrini elan edib.

Paşinyanın “Mənim Addımım” Bloku 70,05% səslə mütləq liderliyini qoruyub saxlayır. Sonrakı yerlərdə Çiçəklənən Ermənistan (8,57%), Respublikaçılar Partiyası (4,18%), İşıqlı Ermənistan (6,36%), Daşnaksütyun (4,67%), Orinats Yerkir (1,03%), Sasna Tsrer (1,55%) və başqaları qərarlaşıblar.

**00:36

Artıq səslərin 9,3 faizi sayılıb (2010 məntəqədən 187-si). Hazırkı nəticəyə görə Paşinyanın bloku 67,24%-lə liderlik edir, S.Sarkisyanın partiyası isə 4,05% səs toplayıb.

Qeyd edək ki, parlamentə düşmək üçün partiyalar üçün baraj 5%, bloklar üçün 7%-dir.

Onu da qeyd edək ki, müşahidəçilər “Mənim Addımım” Blokunun 80% civarında səs toplayacağını ehtimal edirlər. Serj Sarkisyanın Respublikaçılar Partiyasının isə parlamentə düşmə ehtimalı zəif qiymətləndirilir.

**23:35 /09.12.2018/

İnternet üzərindən onlayn səsvermədə Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” Bloku qalib gəlib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, “Mənim Addımım” Bloku 504 səsdən 393-nü alıb.

Qeyd edək ki, seçki məntəqələri saat 20:00-da bağlanıb və hazırda səslərin sayılması prosesi gedir. Seçkidə cəmi 48,63% seçici iştirak edib.

Nəticələr gecə yarısından elan olunmağa başlayacaq.

Mərkəzi Seçki Komissiyası bildirib ki, 2010 məntəqədən hələlik yalnız 29-nun bülletenləri sayılıb. Onun nəticələrinə görə də “Mənim Addımım” Bloku 59,71% səslə rəqiblərindən xeyli irəlidədir.

İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq “Çiçəklənən Ermənistan” (15,21 faiz) və “Daşnaksutyun” (9,78 faiz) qərarlaşıb.

Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası səslərin 5,09 faizini toplayıb.

* * *20:20

Ermənistanda ilk dəfə keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb. Saat 20:00-da ölkə üzrə bütün seçki məntəqləri bağlanıb, səslərin sayılmasına start verilib.

Yerli vaxtla saat 21:00-da Ermənistan MSK seçkidə iştirakla bağlı son məlumatları ictimaiyyətə elan edəcək.

* * *10:16

Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilib.

Virtualaz.org bildirir ki, yerli vaxtla saat 08:00-da ölkə üzrə 2010 seçki məntəqəsi açılıb. Səsvermə saat 20:00-dək davam edəcək.

Xaricdə yaşayan vətəndaşlar üçün seçki məntəqələrinin açılması nəzərdə tutulmayıb. Onlar Ermənistana qayıtmaqla səs verə bilərlər.

Ümumilikdə seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alınıb. Rəsmi məlumatlara görə, seçkilərdə bütün ölkə üzrə 2,5 milyondan çox insan səs verə bilər.

Onu da qeyd edək ki, seçkiləri 70 yerli və 32 xarici KİV izləyir. Seçkilərə həmçinin 8 beynəlxalq və 22 yerli təşkilatlardan müşahidəçilər nəzarət edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *