Ermənilər İrəvandan niyə qaçır? » AzNews.info -Xəbər portalı

Ermənilər İrəvandan niyə qaçır?

Ermənilər İrəvandan niyə qaçır?


Ermənistanda qeydiyyatda olan insanların 28,75 faizi ölkədən kənarda yaşayır.

AzNews.info-nun məlumatına görə, bu məlumat Ermənistanın dövlət qurumlarının beynəlxalq təşkilatlarla birgə hazırladığı xüsusi məruzədə yer alıb.

Məruzədə bildirilir ki, bunun əsas səbəbi ölkədə işsizliyin artması, maaşların verilməməsi, ərzaq və ilkin tələbat mallarının qiymətinin həddindən artıq yüksək olması ilə bağlıdır.

Parlamentdə 2015-ci il üçün iqtisadi rəqabətin müdafiəsi üzrə dövlət proqramı müzakirə olunarkən Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib ki, ölkədə ən vacib məhsullar əhaliyə 250 faizə qədər artırılmış qiymətlərlə satılır. Dövlət idxalçıların inhisarçılığına göz yumur.

Həmçinin Sarkisyan hakimiyyəti imtiyazlı biznesmenlər üçün xüsusi şərait yaradıb və onlar kasıblaşan əhalini daha da soyurlar. Son bir neçə il ərzində buğda, ət, şəkər, qəhvə, bitki yağı kimi məhsullar 100 faizdən 250 faizədək süni şəkildə artırılmış qiymətlə Ermənistana gətirilir və satılır. Bu isə əhalinin haqlı narazılığına səbəb olub.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *