Kadırov Qafqazdakı bütün blok-postların ləğvini istəyir
Şimali Qafqaz federal dairəsinin regionları arasında bütün blok-postlar ləğv edilməlidir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Qroznıda keçirilən media forumda çıxışı zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Xahiş edirəm, bütün postları ləğv edin. Bunlar heç bir fayda gətirmir”, – deyə o bildirib.
Mənbə:> Virtualaz.org