Əsgərlər “Teymurun qanunları” fənnindən imtahan verəcək
Özbəkistanda əsgərlər ölkə tarixi və “Teymurun qanunları” fənlərindən imtahan verəcəklər.
Bu haqda Şavkat Mirziyoyev Özbəkistan Təhlükəsizlik Şurasının iclasında bildirib.
Dövlət başçısı gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunaraq qeyd edib ki, hərbi qulluqçular Özbəkistanın tarixi, qəhrəmanlarının və sərkərdələrinin həyatı və şücaəti haqqında biliklərə yiyələnməli, onlarla fəxr etməlidirlər.
Ş.Mirziyoyev deyib ki, əsgərlər hərbi and içməzdən əvvəl mütləq Özbəkistanın tarixi və “Teymurun qanunları” fənlərindən imtahan verməlidirlər.
Prezident qabaqcıl hərbi hissələrə böyük sərkərdələrin adlarının verilməsi, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması, məşhur sərkərdələr haqqında bədii filmlərin çəkilməsi, onlarla bağlı kitabların çap olunması haqqında fərman da imzalayıb. (AzərTAc)
Mənbə:> Virtualaz.org