Ermənistan ordusunda əsgərlər bir-birlərini güllələdilər
İşğal edilmiş Dağlıq Qarabağda daha iki erməni hərbi qulluqçusu ölüb.
Oxu.Az-ın News.am saytına istinadən məlumatına görə, hadisə Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda qeydə alınıb.
Odlu silahdan istifadə qaydalarına əməl etmədikləri nəticəsində 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyan aldıqları güllə yaralarından ölüblər
Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Erməni KİV iddia edir ki, hərbi qulluqçular arasında yaşanan mübahisə zamanı onlar bir-birlərini güllələyiblər.
Mənbə:> Oxu.Az