G20 liderləri yekun bəyannamə qəbul etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

G20 liderləri yekun bəyannamə qəbul etdilər

G20 liderləri yekun bəyannamə qəbul etdilər

G20 liderləri noyabrın 30-dan dekabrın 1-nə qədər Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Sammitin nəticələri üzrə yekun bəyannamə qəbul ediblər.

Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, Sammitdən sonrakı mətbuat konfransında Argentina prezidenti Maurisio Makri bildirib ki, onlar ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə ediblər.

31 maddədən ibarət yekun bəyanatda bildirilib ki, beynəlxalq bir işlək mexanizmin olması çox önəmlidir.

Qeyd olunub ki, Zirvə görüşünün əsas yekun nəticəsi iqlim dəyişikliyi ilə mübarizə olub. Belə ki, “Paris İqlim Müqaviləsi”nin tamamilə tətbiqi barədə razılaşma qüvvədə qalıb. ABŞ bu müqaviləyə qoşulmayıb və bildirilib ki, onlar iqlimə heç bir zərər vermədən bütün enerji qaynaqlarından istifadə etmək niyyətindədirlər.

Bununla, bəyanatın son maddəsinə sadəcə ABŞ qoşulmayıb. Digər bütün maddələr yekdilliklə qəbul edilib.

Buenos-Ayresdə baş tutan görüşün yekunlarına əsasən, bundan sonrakı görüşlər 2019-cu ildə Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanında keçiriləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *