Paşinyan Belarusa getməkdən imtina etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Paşinyan Belarusa getməkdən imtina etdi

Paşinyan Belarusa getməkdən imtina etdi

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (AAİİ) hökumət başçılarının iştirakı ilə Minskdə keçiriləcək Avrasiya Hökumətlərarası Şuranın iclasına qatılmayacaq.

Virtualaz.org “Reqnum”a istinadən xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Ermıənistan baş nazirinin birinci müavininin vəzifələrini icra edən Ararat Mirzoyan yazıb.

“Baş nazirin qərarına müvafiq olaraq, məzuniyyət dövründə onu əvəz edəcəyəm. Ermənistanı AAİİ-nin hökumətlərarası iclasında təmsil edəcəyəm”, - Mirzoyan qeyd edib.

Bu gün, noyabrın 26-da Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində təşviqat kampaniyası başlayıb. Baş nazir əvəzi Nikol Paşinyan təşviqat kampaniyası dövründə məzuniyyətə çıxıb. Onun sözlərinə görə, bu, seçkiqabağı görüşlərdə daha dolğun iştirak üçün lazımdır.

Maraqlıdır ki, bir neçə gün öncə Ermənistan-Belarus münasibətləri kəskinləşib. Buna səbəb KTMT dövlət başçılarının qapalı görüşündən sonra Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan səfirinə görüşün təfərrüatları barədə məlumat verməsi olub. Həmin görüşdə təşkilatın yeni rəhbərinin seçilməsi məsələsi müzakirə edilib. Bundan sonra Paşinyan bildirib ki, Lukaşenko baş verınlərlə bağlı izahat verməlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *