Paşinyan sözünü tutmadı
Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan noyabrın 26-dan məzuniyyətə gedəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Nikol Paşinyan bu barədə özünün “Feysbuk” səhifəsində məlumat paylaşıb.
O, seçkiqabağı kampaniyada aktiv iştirak üçün məzuniyyətə çıxacağını bildirib.
Qeyd edək ki, Paşinyan daha əvvəl seçkiqabağı kampaniya üçün məzuniyyətə ehtiyac duymadığını söyləmişdi.
Mənbə:> Virtualaz.org