Ukraynalı diplomatlar Rusiya XİN-ə çağırıldılar
Ukraynanın Rusiyadakı müvəqqəti işlər vəkili bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq. Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu gün Ukraynanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq”, - Zaxarova “Rossiya 24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, çağırılmaya səbəb “Ukrayna tərəfinin aqressiv və təxribatçı hərəkətləridir”.
Mənbə:> Virtualaz.org