Fransada etiraz edənlərin sayı 80 mini ötdü
Fransada yanacağın qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı artıq 81 min nəfər təşkil edir. Paris küçələrinə isə 8 min paytaxt sakini çıxıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu rəqəmləri Fransa polisi yayıb.
Qeyd edək ki, aksiyalar artıq bir neçə gündür davam edir. Bu gün Parisdə nümayiş iştirakçıları ilə polis qüvvələri arasında toqquşma baş verib.
Fəallar prezident Emmanuel Makronun istefasını tələb ediblər. Polis su şırnaqları və gözyaşardıcı qaz tətbiq edib.
Parisdə ümumilikdə 26 nəfər, ölkə üzrə isə 40-a yaxın insan saxlanılıb. Aksiyaların keçirildiyi müddətdə 620 mülki vətəndaş və 136 polis əməkdaşı yaralanıb. İki nəfər həlak olub.
Mənbə:> Oxu.Az