Tehrandakı erməni kilsəsinin başçısı Paşinyanla razılaşmadı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Tehrandakı erməni kilsəsinin başçısı Paşinyanla razılaşmadı

Tehrandakı erməni kilsəsinin başçısı Paşinyanla razılaşmadı

“Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın İran-Ermənistan sərhədinin bağlanacağı ehtimalı haqqında dedikləri reallığı əks etdirmir”.

“Report” xəbər verir ki, bunu Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sarkisyan bildirib.

Onun sözləinə görə, son 28 ildə İran-Ermənistan sərhədi heç bir şərt irəli sürülmədən açıq olub.

Arxiyepiskop vurğulayıb ki, əgər sərhəd bağlansa, bundan yalnız Ermənistan ziyan çəkəcək: “İran güclü dövlətdir. O bütün təzyiqlərə müqavimət göstərəcək. Tehranla münasibətlərin korlanmasından yalnız Ermənistan əziyyət çəkəcək”.

Qeyd edək ki, N.Paşinyan bu ilin noyabrın 1-də parlamentdəki çıxışı zamanı ABŞ-ın Tehrana münasibətinə və başqa geopolitik problemlərə toxunub. O deyib ki, yaranmış vəziyyətə görə Ermənstan-İran sərhədi istənilən vaxt de-fakto bağlana bilər.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *