Ramiz Mehdiyev Patruşevlə danışıqlar apardı – YENİLƏNİB
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüş keçirib.
Virtualaz.org bildirir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
"Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya və Azərbaycanın müxtəlif nazirliklərinin və idarələrinin qarşılıqlı fəaliyyət perspektivləri, terrorizmə qarşı mübarizə məsələləri, həmçinin Xəzər dənizinin hüquqi statusu mövzusu müzakirə edilib", - deyə məlumatda bildirilib.
* * *11:21
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir. Virtualaz.org bildirir ki, iclasda Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təmsil edirlər.
“Təhlükəsizlik Şuralarının katibləri terrorçuluq fəaliyyətlərinin maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı birgə mübarizə məsələlərini müzakirə edirlər”-Rusiya tərəfinin yaydığı məlumatda deyilir.
Görüşün gündəliyinə habelə MDB məkanında regional təhlükəsizliyin təmin edilməsinin digər aktual məsələləri, təhlükəsizlik Şuralarının xətti ilə beynəlxalq əməkdaşlıq mövzusu müzakirə edilir.
İclası Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıb və çıxışında bildirib ki, gündəmdə MDB ölkələri üçün ümumi olan təhdidlər, çağırışlarla bağlı problemlər dayanır. O bildirib ki, 2017-ci ildə keçirilən sonuncu belə görüşdən sonra MDB ölkələri İŞİD, “Əl-Qaidə” və onlarla bağlı olan terror təşkilatlarının barəsində analitik informasiyaların mübadiləsini təşkil ediblər. Habelə MDB xarici işlər nazirlərinin BMT Təhlükəsizlik Şurası meydançasında Mərkəzi Asiyada regional tərəfdaşlığın qurulması mövzusunun müzakirəsi üçün görüşü keçirilib.
“Habelə bu müddətdə beynəlxalq terror qruplarının fəaliyyətinin qarşısının alınması üzrə komanda-qərargah və praktiki antiterror təlimləri çərçivəsində birgə tədbirlər sınaqdan keçirilib. Hərbi-texniki əməkdaşlıq inkişaf edib”-məlumatda deyilir.
Mənbə:> Virtualaz.org