Merkelə bomba göndərən qadın tutuldu
Almaniya kansleri Angela Merkelə partlayıcı maddə göndərən qadın həbs olunub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 60 yaşlı Yunanıstan vətəndaşı paytaxt Afinada saxlanılıb.
Məlumata görə, 2010-cu ildə Merkelə göndərilən 14 bombalı paketdə həmin şəxsin əl izləri aşkar edilib. Bu səbəbdən onun həbsinə qərar verilib.
Kitab mağazası işlədən qadın isə ittihamları rədd edərək, Merkelə hər hansı bağlama göndərmədiyini, əl izlərinin həmin paketlərə necə düşməsindən xəbərsiz olduğunu söyləyib.
Mənbə:> Virtualaz.org