Qarabağ danışıqlarında yeni həll variantı təklif ediləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Qarabağ danışıqlarında yeni həll variantı təklif ediləcək DAŞNAKSÜTYUN PARTİYASI RƏHBƏRLİYİNDƏN İLGİNC AÇIQLAMA...

Qarabağ danışıqlarında yeni həll variantı təklif ediləcək

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Pşainyanın növbədənkənar parlament seçkilərini əvvəlcədən nəzərdə tutulduğu kimi gələn ilin yazında yox, olduqca tələsik formada məhz dekabrda keçirmək qərarı xarici siyasətlə, daha doğrusu, Dağlıq Qarabağ münaqişəsilə əlaqədardır.

Bunu Ermənistanın “Daşnaksütyun” partiyasının rəhbəri Armen Rüstəmyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Paşinyan hələ ki xalqın ona olan inamından istifadə edərək hakimiyyətini möhkəmləndirmək, daha sonra isə Amerikanın təklif etdiyi variantda Qarabağ məsələsində güzəştlərə getmək niyyətindədir. Lakin Rüstəmyanın fikrincə, bəzi qüvvələr (Rusiya nəzərdə tutulur) bundan Paşinyanın özünə qarşı istifadə edəcəklər.

“İstisna etmirəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas səbəblərindən biri də xarici siyasətlə bağlıdır və bunun ilk siqnalı da cənab Con Boltonun bəyanatı oldu. O dedi ki, Qarabağ münaqişəsi Ermənistan hakimiyyəti xalqın tam inamına sahibləndiyi vaxt nizamlanmalıdır. Və bu inam bizim Qarabağ məsələsində güzəştlərə getməyimiz naminə istifadə olunmalıdır. Ona görə də istisna etmirəm ki, biz, yaxın gələcəkdə danışıqlar masasında münaqişənin nizamlanması üzrə yeni təkliflərin şahidi olacağıq. Bu məndə dejavu yaradır və gözümün önünə 90-cı illər gəlir: o zaman da səslərin 93 faizini qazanaraq seçilən bir prezidentimiz (Levon Ter-Petrosyan) var idi və onların atdığı ilk addım hakimiyyətə gəlmələrini təmin etmiş Qarabağ məsələsində əvvəlki məntiqlərindən uzaqlaşmaq oldu. Və mənim əsas narahatlığımın odur ki, indiki şəraitdə Qarabağ məsələsində Ermənistanın mövqeyini kim müdafiə edəcək” ,- deyə Rüstəmyan vurğulayıb.

Erməni siyasətçinin sözlərinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Yerevanda səsləndirdiyi bəyanatlara olduqca ciddi yanaşılmalıdır. Çünki Bolton çox düzgün qiymətləndirmə verib - əgər Qarabağ münaqişəsi həll olunmalıdırsa, onda bunu erməni xalqının tam etibarını qazanan və onların gözündə “ən son instansiyadakı mütləq həqiqət” olan hakimiyyət etməlidir. Çünki bu halda əhalidə heç bir etiraz da qalmaz. Lakin Rüstəmyan bu variantın Yerevanın maraqlarına zidd olduğunu və daha çox Ermənistanı öz geosiyasi alverlərində “xırda qəpik” kimi istifadə edən böyük güclərə sərf etdiyini deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *