Tramp Xaşoginin qətlinin audioyazısını dinləməkdən imtina etdi
ABŞ prezidenti Donald Tramp bildirib ki, ona səudiyyəli jurnalist Camal Xaşoginin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlinin audioyazısı barədə tam dolğun məlumat verilib, lakin o, audioyazını dinləməkdən imtina edib.
Virtualaz.org “Fox News”a istinadən vəbər verir ki, bununla əlaqədar Tramp deyib: “Dinləmək istəmirəm, çünki bu əzabverici yazıdır. Qorxunc yazıdır”.
Onun sözlərinə görə, “bu çox qəddar, çirkin və dəhşətlidir”.
Mənbə:> Virtualaz.org