Rəsmi Bakıdan Yerevanın “Lukaşenko və Azərbaycan səfiri” açıqlamasına reaksiya » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rəsmi Bakıdan Yerevanın “Lukaşenko və Azərbaycan səfiri” açıqlamasına reaksiya

Rəsmi Bakıdan Yerevanın “Lukaşenko və Azərbaycan səfiri” açıqlamasına reaksiya

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın bu ölkədəki səfirini qəbul etməsi diplomatik protokolda istisna hallardan biridir və bu, Azərbaycanla Belarus arasında münasibətlərin və qarşılıqlı hörmətin yüksək səviyyəli inkişafının təzahürüdür.

Virtualaz.org bildirir ki, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin açıqlamasında belə deyilir.

Açıqlamada bildirilir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarusa gözlənilən səfəri ikitərəfli əlaqələri daha da inkişafına təkan verəcək və ölkələrimiz arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

O ki qaldı Ermənistan XİN-in mətbuat katibinin açıqlamasına, dövlət başçıları ilə əlaqədar bu qəbildən olan fikirlərin səsləndirilməsi diplomatik etika və protokol qaydalarına ziddir. Hesab edirik ki, KTMT çərçivəsində müttəfiq dövlətlər bu kimi ifadələrin işlədilməsinə həssaslıqla yanaşmalıdır".

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat xidmətinin rəhbərinin Belarus Prezidenti və Azərbycan səfiri arasında keçirilmiş görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı məsələlərin müzakirə olunmasını "düzgün olmayan" addım kimi qiymətləndirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *