İlham Əliyev Belarusun yeni səfirini qəbul etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Foto

İlham Əliyev Belarusun yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Belarusun yeni səfirini qəbul etdi


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 4-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin etimadnaməsini qəbul edib.

AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, səfir Gennadi Axramoviç etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Diplomat Gennadi Axramoviç Azərbaycana gəldiyi ilk gündən xalqımız tərəfindən ona göstərilən qonaqpərvərliyin və səmimi münasibətin onda xoş təəssürat yaratdığını deyib.

Xoş sözlərə görə səfirə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycan xalqının da Belarus xalqına böyük rəğbət bəslədiyini vurğulayıb.

Ölkələrimiz və xalqlarımız arasında yüksək səviyyəli əlaqələrə toxunan prezident İlham Əliyev dövlət başçıları və ayrı-ayrı qurumların rəhbərləri arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin dostluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə edib.

Xalqlarımızı bir-birinə yaxınlaşdıran çoxlu sayda dəyərlərin olduğunu qeyd edən Prezident İlham Əliyev son illər Azərbaycan ilə Belarus arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə inkişaf etməsinin önəmini diqqətə çatdırıb.

Münasibətlərimizin daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildirən Prezident İlham Əliyev bu əlaqələrin möhkəmləndirilməsi baxımından səfirliyin rolunu xüsusi vurğulayıb.

Dövlət başçısı Gennadi Axramoviçin diplomatik fəaliyyəti dövründə fəal çalışacağına, yeni əməkdaşlıq formalarının müəyyənləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirərək ona diplomatik fəaliyyətində uğurlar arzuladı.

Fövqəladə və səlahiyyətli səfir Gennadi Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi və əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi ilə bağlı ölkələrimiz arasında əsaslı bazanın yaradıldığını vurğulayıb.

Gennadi Axramoviç Azərbaycana səfir kimi təyinatını qəbul edərkən ölkəsinin Prezidenti Aleksandr Lukaşenkodan əlaqələrimizin mövcud baza üzərində əhəmiyyətli və dinamik şəkildə daha da inkişaf etdirilməsi ilə bağlı çox dəqiq göstərişlər aldığını bildirib. Səfir ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirdi.

İlham Əliyev Belarusun yeni səfirini qəbul etdi
İlham Əliyev Belarusun yeni səfirini qəbul etdi
İlham Əliyev Belarusun yeni səfirini qəbul etdi
İlham Əliyev Belarusun yeni səfirini qəbul etdi

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *