Hakimiyyətə bağlı mafiyanın ifşası
Almaniyanın nüfuzlu “Der Spiegel” qəzeti və “Mitteldeutscher Rundfunk” ictimai teleradio şirkətinin birgə apardığı təhqiqata görə Almaniyanın federal polisi erməni mafiyası üzvlərinin aşkarlanması üçün üç il müddətində araşdırma aparıb. Media qurumlarının araşdırmasında deyilir ki, polis bu işdə hətta Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyandan şübhələnib.
“Azadlıq” radiosunun erməni xidmətinin yazdığına görə, erməni mafioz qruplaşmalarının aşkarlanması üçün Almaniya polisində FATIL (fight against thieves in law – qanuni oğrularla mübarizə) kod adlı xüsusi əməliyyat hazırlanıb. Tamamilə məxfi aparılan bu əməliyyatda Almaniya polisinə İspaniya, Belçika, İtaliya və Fransanın hüquq-mühafizə orqanları dəstək veriblər.
Təhqiqat zamanı aydın olub ki, erməni mafioz qruplaşmaları Almaniyada güclü şəbəkə yarada biliblər. Buna baxmayartaq dəlillərinin azlığlı şübhəlilərin həbs olunmasına uzun müddət imkan verməyib.
Almaniya jurnalistləri yazırlar ki, erməni cinayətkar qruplaşmaları polisin diqqətini 2014-cü ildən cəlb edib. Həmin il Türingiyanın paytaxtı Erfurt şəhərinin kazinosunda iki erməni qruplaşması arasında atışma olmuşdu.Şahidlərin dediyinə görə atışanlar kazinoya bahalı avtomobillərdə gəlmişdilər. Bu hadisə zamanı 27 və 54 yaşlarında olan iki erməni yaralanmışdı.
Hazırda hüquq-mühafizə orqanları 42 şübhəliyə qarşı 14 cinayət işi qaldırıb. Kazino atışmasından sonra da sakitliyin yaranmadığı deyilir. Bundan sonra Almaniyada yaşayan ermənilərdən birinin restoranına hücum edilib.
Təhqiqat zamanı mətbuatda dərc olunan xəbərlərdə bir sıra nüfuzlu və tanınmış ermənilərin adları çəkilirdi. Bunların arasında məşhur erməni boksçular Artur Abraam və Karo Murat da vardı. Lakin polis onlara qarşı kifayət qədər dəlil toplaya bilməyib. Mətbuat yazır ki, polis erməni mafiyasının Rusiya-Avrasiya regionundan olan başqa qruplaşmalarla sıx bağlarının olduğunu aşkar edib.
Bu arada nüfuzlu Almaniya media qurumlarının yazdığına görə Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyan Türingiya polisinin rəhbəri ilə görüşərək erməni kriminal qruplaşmalarının aşkarlanması üçün Yerevan polisinin köməyini vəd edib. Lakin Almaniya polisi erməni diplomatla əməkdaşlıqdan imtina edib.
“Der Spiegel” yazır ki, polis mafioz qruplaşmaların Ermənistanın siyasi hakimiyyəti ilə çulğalaşdığı qənaətindədir. Bundan əvvəl, 2008-ci ildə hələ səfirliyin əməkdaşı olan Smbatyandanbeynəlxalq qaçaqmalçılıqda şübhələnirdilər. Ötən həftə həm də əlavə olaraq Ermənistanın Lixtenşteyndəki səfiri təyin edilmiş Smbatyan özünə qarşı bütün iddiaları rədd edir. Almaniya ictimai televiziyasının erməni mafioz qruplaşmalar barədə çəkdiyi sənədli film bu gün noyabrın 6-da efirə verilməlidir.
Qeyd edək ki, Ermənistanın keçmiş hakimiyyəti, o cümlədən prezident Serj Sərkisyan və qardaşı kriminal qruplaşmalarla sıx əlaqələrə malik idi. Erməni əsilli bəzi “vor zakon”ları hətta Sərkisyanla bir məclisdə görmək olurdu.
Mənbə:> Virtualaz.org