Səfir: Cocuq Mərcanlıda suvenir fabriki tikilir
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində suvenir fabrikinin tikintisi aparılır.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, bu layihə Türkiyənin Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyinin (TIKA) təşəbbüsüdür:
“Hazırda TIKA-nın həyata keçirdiyi işlər çərçivəsində kənd ərazisində istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Bunlarla paralel olaraq suvenir fabrikinin tikintisi davam edir”.
Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi ilə Türkiyə səfirliyinin birgə layihələri çərçivəsində Cocuq Mərcanlıda 15 istixana quraşdırılıb. Bundan başqa, 15 ailəyə 10 arı ailəsi və müxtəlif arıçılıq avadanlıqları verilib
Mənbə:> Trend