İsmayıllıda suvenir zavodu tikilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İsmayıllıda suvenir zavodu tikilir

İsmayıllıda suvenir zavodu tikilir


Velosiped istehsalı zavodunun açılışı zamanı ölkə başçısı İsmayıllı rayon ictimaiyyəti nümayəndələri ilə görüşərkən xalçaçılığın, fındıqçılığın, arıçılığın, ümumilikdə kənd təsərrüfatının inkişafı, torpaqlardan daha səmərəli istifadə olunması, turizmin gəlirli sahəyə çevrilməsi, elektrik enerjisi istehsalının artırılması, kiçik ailə təsərrüfatlarının yaradılması ilə əlaqədar tapşırıqlar verib.

Oxu.az xəbər verir ki, bununla əlaqədar rayonda tədbirlər planı və fəaliyyət proqramı hazırlanıb.

“Günəş-park” istirahət və əyləncə mərkəzi orjinallığı ilə diqqəti cəlb edir. “Zəngəzur” istirahət mərkəzi istirahət və əlillərin bərpa mərkəzi kimi istifadəyə veriləcək. Burada son tamamlama işləri gedir. Qalınçaq ərazisində ildə 1000 ton ət istehsal edəcək hind quşu fabrikinin, 1500 başlıq Keyvəndi heyvandarlıq kompleksinin, suvenirlər-farfor zavodunun, meyvə-tərəvəzin qablaşdırılması müəssisəsinin tikintisi davam etdirilir.

Ə.Xəqani küçəsində 172 nəfərin işləyəcəyi xalça fabrikinin, Heydər Əliyev prospektində üçulduzlu beşmərtəbəli hotelin tikintisinə başlanıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *