Ermənistan tarixində ən böyük amnistiya qəbul edildi
Ermənistan parlamenti növbədənkənar iclasında ikinci və yekun oxunuşda ölkə tarixinin ən böyük amnistiya layihəsini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, səsvermənin nəticəsinə əsasən, 75 nəfər layihənin qəbul olunması lehinə səs verib. Əleyhinə səs verən və bitərəf qalan olmayıb.
Qeyd edək ki, amnistiya qərarı 2016-cı ildə Yerevanda polis post-patrul bölməsini ələ keçirən “Sasna Tsrer” silahlı qruplaşmasının üzvlərinə, həmçinin 2015-ci ilin aprelində “erməni soyqırımı” qurbanlarının anım günündə kütləvi etiraz aksiyası planlaşdıran məhkumlara da şamil olunacaq.
Mənbə:> Virtualaz.org