Putindən yeniyetmələr və seçkilərlə bağlı gözlənilməz təklif
Rusiya prezidenti Vladimir Putin yeniyetmələrin seçki prosesinə cəlb edilməsini məqsədəuyğun saydığını bəyan edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, 14-18 yaş arasında olan yeniyetmələrə seçki hüququnun verilməsini və onların seçki kampaniyalarında iştirakını yaxşı ideya adlandırıb.
“Bəzi regionlarda bunu test rejimdə həyata keçiririk. İdeya çox yaxşıdır. Bu, gənc insanların real siyasi həyata cəlb edilməsinə kömək edə bilərdi”, - deyə Rusiya prezidenti vurğulayıb.
Mənbə:> Virtualaz.org