Rusiya XİN Azərbaycandakı seçkilərlə bağlı Qərbin qərəzli mövqeyini pislədi
Qərbdən olan bəzi siyasi qüvvələr Azərbaycanda keçirilən seçkilərlə bağlı hələ seçkilər keçirilməzdən qabaq mənfi rəy ifadə ediblər.
Virtualaz.org-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, Azərbaycanda seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyib: "Bu faktdır. Onların hamısının öz fikrini ifadə etmək hüququ var. Lakin biz yaxşı başa düşürdük və deyirdik ki, Qərbdən olan bəzi siyasi qüvvələr Azərbaycanda keçirilən seçkilərlə bağlı hələ seçkilərdən əvvəl mənfi rəy formalaşdırıb. Biz, seçkilərlə bağlı belə münasibəti, qərəzli və öncədən hazırlanmış yanaşmanı Qərbdəki qeyri-hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə də müşahidə edirik".
Mənbə:> Virtualaz.org