“Məntəqələrdə gördük ki, şəkillərin üstü örtülüb”
Latviya Parlamenti bu gün Azərbaycanda keçirilən seçkilərlə bağlı mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə Naudins Romans seçkilərlə bağlı fikirlərini bölüşüb:
“İndiyə qədər gördüyümüz məntəqələrdə seçkilərin keçirilmə prosesi müsbət mənada bizi heyrətləndirdi. Yeniliklər gördük. Məsələn, bütün dairələrdə seçkilərin onlayn kameralarda müşahidə olunması yenilik idi. Bizə xoş gələn bu oldu ki, məntəqələrin qarşısında təbliğat aparılmırdı. Müşahidəçilərlə danışıb seçkinin necə keçirilməsi haqda onların fikirlərini soruşduq.
Məntəqələrdə olduğumuz zaman gördük ki, şəkillərin üstü örtülüb. Soruşduq dedilər ki, onlar namizədlərin şəkilləri idi, seçiciyə təsir etməsin deyə üstünü bağlamışıq. Bir də başqa yenilik gördük ki, hər məntəqədə elektrik generatorları var. Dedilər ki, əgər işıq kəsilərsə, seçki prosesində fasilə yaranmasın deyə generatorlar qoşulur.
Ümumiyyətlə, müşahidəmiz müddətində heç bir pozuntu və xoşagəlməz halla rastlaşmadıq. Digər ölkələrdən olan həmkarlarımızla da danışdıq, onlar da heç bir pozuntuya rast gəlmədiyini dedilər. ATƏT-in müşahidə etməməsi isə onların öz problemidir. Hazırda geosiyasi baxımdan gərgin vaxtdır, Azərbaycana çiçəklənmə arzulayırıq. Azərbaycanla bizim ölkəmiz arasında çoxşaxəli əlaqələr var”.
Digər nümayəndə Bokis də seçkilərdən razılığını ifadə edib:
“Latviyada uzun müddət şəhər meri işləyib seçki prose
Mənbə:> Qafqazinfo.az