İsraillilərin yaraladığı fələstinli dünyasını dəyişdi
Qəzza ilə İsrail sərhədi boyunca keçirilən etiraz aksiyaları zamanı israilli hərbçilərin açdıqları atəş nəticəsində yaralanan 37 yaşlı Yəhya Bədir Məhəmməd əl-Hasinat dünyasını dəyişib.
Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə naziri Əşrəf əl-Kidra bildirib.
Oktyabrın 26-da sərhəddə keçirilən etiraz aksiyası zamanı İsrail əsgərlərinin atəşi nəticəsində ümumilikdə 5 fələstinli öldürülmüşdü, daha biri isə İordan çayının qərb sahilində qətlə yetirilmişdi.
Mənbə:> Oxu.Az