Türkiyə, Fransa, Rusiya və Almaniya Suriyanın suverenliyini dəstəklədilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Türkiyə, Fransa, Rusiya və Almaniya Suriyanın suverenliyini dəstəklədilər

Türkiyə, Fransa, Rusiya və Almaniya Suriyanın suverenliyini dəstəklədilər


Türkiyə, Fransa, Rusiya və Almaniya Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyiblər.

Oxu.Az xəbər verir ki, bu barədə Suriya üzrə İstanbulda keçirilən dördtərəfli görüşün nəticələrinə dair qəbul edilmiş kommünikedə deyilir.

Xatırladaq ki, Suriya nizamlanmasına dair Rusiya, Türkiyə, Fransa və Almaniya liderləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron və Angela Merkelin dördtərəfli görüşü şənbə günü istanbulda baş tutub.

“Türkiyə, Fransa, Rusiya və Almaniya liderləri Suriya münaqişəsinə dair son hadisələri nəzərdən keçirərək münaqişələrin istər region, istərsə də qlobal təhlükısizlik və sabitlik üçün doğurduğu təhdidlərdən ümumi qayğısını ifadə edir.

Onlar Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini bir daha təsdiqləyirlər”, - sənəddə deyilir.

Liderlər həmçinin qeyd ediblər ki, sözügedən münaqişəni hərbi yolla həll etmək mümkün deyil və bu, siyasi proseslər çərçivəsində həyata keçirilməlidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *