Ərdoğanla Putin arasında telefon danışığı olub
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA-nın verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər Suriyanın Hələb şəhərindən insanların təxliyəsi ilə bağlı ziddiyyətlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar.
Tərəflər həmçinin əhalini humanitar yardımla təmin etmək üçün səylərin artırılması, Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılmasının vacibliyini qeyd ediblər. Məlumata görə, Putin və Ərdoğan həmçinin Astanada Suriya hökumət və müxalifət nümayəndələri arasında görüşün keçirilməsini müzakirə ediblər.
Məlum olduğu kimi, bundan əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev Putin və Ərdoğanla Astanada Suriyaya üzrə görüşün keçirilməsinin mümkünlüyü müzakirə edib. Putin isə münaqişə tərəflərinə danışıqlar prosesini Astanada keçirilməsinin təklif olunması barədə Ərdoğanla razılığa gəldiyini bildirib.
Mənbə:> APA