Azərbaycan XİN başçısı: “Gələn həftə həmsədrlər Bakıya gələcəklər”
"ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfərə gələcəklər".
Bunu xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu ilin sonuna qədər daha bir görüşünüüşn keçirilməsi nəzərdə tutulub: "Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq".
Mənbə:> Virtualaz.org