Elmar Məmmədyarov Avstriyaya getdi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.
ATƏT-in Nazirlər Şurasının iclasında nazir E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Mənbə:> Virtualaz.org