Elmar Məmmədyarov Türkiyəyə getdi
Nazir iclasda iştirak edəcək.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E. Məmmədyarov 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak edəcək.
İclas çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Mənbə:> Oxu.az