Trampın keçmiş müşaviri: “Fətullah Gülən dərhal Türkiyəyə təhvil verilməlidir” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Trampın keçmiş müşaviri: “Fətullah Gülən dərhal Türkiyəyə təhvil verilməlidir”

Trampın keçmiş müşaviri: “Fətullah Gülən dərhal Türkiyəyə təhvil verilməlidir”

“Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülən Türkiyə və ABŞ-ın təhlükəsizliyini təhdid etdiniydən onu dərhal Ankaraya təhvil vermək lazımdır”.

“Report” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş mətbuat katibi, sonuncu prezident seçkisində ABŞ prezidenti Donald Trampın müşaviri olmuş Cefferi Qordon Vaşinqtonda “ABŞ və Türkiyə: təhlükəsizlik sahəsində əməkdaşlığının bugünki problemləri” mövzusunda keçirilən tədbirdə deyib.

“Türk irsi” Təşkilatının təşkil etdiyi konfransda danışan C.Qordon bildirib ki, Federal Təhqiqat Bürosu FETÖ məktəblərində baş verən vergi və maliyyə fırıldaqlarını araşdırır: “Fikir ayrılıqlarına baxmayaraq, Ankara və Vaşinqton Suriya probleminin həlli üçün birgə fəaliyyət göstərə bilər. Bununla belə, Türkiyə və ABŞ hərbi sahədə çox səmərəli əməkdaşlıq edir. ABŞ Türkiyənin “YPG/PYD terrorçuları ilə bağlı narahatlığını yaxşı anlamalıdır”.

Qeyd edək ki, C.Qordon 2002-2005-ci illərdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi olub. O, təhlükəsizlik üzrə ekspertdir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *