Türkiyə Ukraynadan Gülən məktəblərinin bağlanmasını tələb etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Türkiyə Ukraynadan Gülən məktəblərinin bağlanmasını tələb etdi

Türkiyə Ukraynadan Gülən məktəblərinin bağlanmasını tələb etdi

Türkiyə Ukraynada Fətullah Gülən terror təşkilatı tərəfdarları (FETÖ) tərəfindən açılmış təhsil müəssisələrinin bağlanmasını istəyir.

Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, bunu Türkiyə parlamentinin Milli müdafiə məsələləri üzrə komitə sədri Yusuf Beyazıt Ali Radada Ukrayna-Türkiyə parlament dostluq qrupunun sədri Boris Tarasyukla Kiyevdəki görüşündə deyib.

Beyazıt 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsini xatırladıb və vurğulayıb ki, Gülən tərəfdarları fəaliyyət göstərdikləri bütün ölkələr üçün böyük təhlükədirlər: “Biz Gülən tərəfdarlarının ekstradisiya və müvəqqəti həbsi üzrə Ankaranın tələblərinə müsbət reaksiya verdiyi üçün Ukrayna hakimiyyətinə minnətdarıq. Terror təşkilatının strukturlarının və məktəblərinin bağlanması ilə bağlı məsələdə Ukrayna parlamenti üzvlərindən dəstək gözləyirik".

Oxşar mövqeni Türkiyə parlament nümayəndə heyətinin başqa üzvləri də səsləndiriblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *