Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü dayandırdı
Almaniya jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı aparılan istintaq başa çatmayana qədər Səudiyyə Ərəbistanına silah tədarükü üçün əsas görmür.
Oxu.Az xəbər verir ki, belə bəyanatla ARD telekanalının efirində Almaniya XİN başçısı Hayko Maas çıxış edib.
O həmçinin qeyd edib ki, Ər-Riyadda forumda iştirakdan da imtina edib.
Mənbə:> Oxu.Az