İranın Türkiyədəki səfirliyində həyəcanlı anlar
Türkiyənin təhlükəsizlik orqanlarına İranın Ankaradakı səfirliyinə kamikadze hücumu ediləcəyi barədə məlumat daxil olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, səfirliyin yerləşdiyi Tehran küçəsində dərhal əməliyyat başladılıb.
Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Səfir binadan uzaqlaşdırılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.
Mənbə:> Virtualaz.org