İran terror qruplaşmasını məhv etdi: Mühüm sənədlər ələ keçdi
İran kəşfiyyat orqanlarının əməkdaşları ölkənin Kirmanşah bölgəsində terrorçu dəstəni zərərsizləşdirib.
AzNews.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi informasiya yayıb.
Məlumata görə, əməliyyat zamanı dəstənin 2 üzvü məhv edilib. Çoxlu sayda silah-sursat ələ keçirilib. Ələ keçirilən sənədlərə əsasən terrorçu dəstəyə ərəb ölkələrinin dəstək verdiyi və Kirmanşah əyalətində teraktlar törətməyə hazırlaşdığı bəlli olub.
Terrorçuların ölkəyə qərb sərhədlərindən daxil olduğu bildirilib.
Mənbə:> Axar.az