DTX Xaçmazda xüsusi əməliyyat keçirdi: terrorçu məhv edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

DTX Xaçmazda xüsusi əməliyyat keçirdi: terrorçu məhv edildi

DTX Xaçmazda xüsusi əməliyyat keçirdi: terrorçu məhv edildi

Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən virtualaz.org-a daxil olan birgə məlumatda qeyd olunur ki, 2018-ci il avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərksilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib.

Hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd “AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *