İran prezidenti ABŞ barədə: “Bu ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyil” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İran prezidenti ABŞ barədə: “Bu ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyil”

İran prezidenti ABŞ barədə: “Bu ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyil”

ABŞ bir tərəfdən İran xalqını dəstəkləyərək onun yanında olduğunu bəyan edir, digər tərəfdən isə İrana qarşı sanksiyalar tətbiq edərək insanları tibbi xidmətdən, yeni təyyarələrdən istifadə etməkdən və yüksək həyat səviyyəsindən mərhum edir.

Bu sözlər İran Prezidenti Həsən Ruhaninin “Vaşinqton-post” qəzetində dərc olunan məqaləsində yer alıb. İran Prezidenti deyib: “ABŞ-ın sanksiyalar tətbiq edərək xalqı məhrumiyyətə düçar etməsi və onu dəstəklədiyini bildirməsi ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyil”.

Prezident daha sonra bildirib ki, ABŞ-ın 12 il davam edən danışıqlardan sonra 2015-ci ildə əldə edilən razılaşmadan çıxması rəsmi Vaşinqton ilə onun Avropadakı müttəfiqləri arasında dərin ziddiyyətlər yaradıb. Rəsmi Vaşinqtonun qeyri-konstruktiv siyasəti və qeyri-qanuni sanksiyaları onun dünyada təklənməsinə səbəb olub. ABŞ düşünürdü ki, razılaşmadan çıxsa buna qarşılıq olaraq İran da razılaşmaya əməl etməyəcək və bu, ABŞ-a imkan verəcək ki, İrana qarşı siyasətində dünyada özünə müttəfiqlər toplasın. Lakin İran bu addımı atmadı və öz imzasına hörmətlə yanaşaraq razılaşmanı imzalayan tərəflərdən də ona əməl edilməsini tələb etdi. Məhz buna görədir ki, bu gün ABŞ İrana qarşı yürütdüyü siyasətin dəstəklənməsi üçün tərəfdar tapa bilmir.

Prezident vurğulayıb ki, son 250 ildə İran heç bir aqressiv siyasət yürütməyib və heç kimin ərazisinə iddia etməyib. Bundan sonra da İran sülh və əminamanlıq siyasəti aparacaq. O ki, qaldı sanksiyalara İran xalqı bunun öhdəsindən gələcək və ağır zamanlar qısa zaman kəsiyində arxada qalacaq.



Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *