ABŞ İrana qarşı sanksiyaları bərpa etdi
ABŞ prezidenti Donald Tramp 2016-cı ilin yanvarında Tehranın nüvə proqramı üzrə birgə Sazişin imzalanmasından sonra İrana qarşı aradan qaldırılan sanksiyaların iki mərhələdə yenidən tətbiqinə dair İcraedici fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlər üçün telefonla keçirilən brifinq zamanı Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
O qeyd edib ki, sözügedən fərman Donald Tramp tərəfindən daha öncə səsləndirilən Tehrana təzyiq göstərilməsinə dair siyasətin davamıdır.
Mənbə:> Oxu.Az