Qırğızıstan səfiri siyasi sığınacaq istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Qırğızıstan səfiri siyasi sığınacaq istədi

Qırğızıstan səfiri siyasi sığınacaq istədi

Qırğızıstanın Cənubi Koreyadakı səfiri Kılıçbek Sultan xarici ölkələrin birindən siyasi sığınacaq istəyib.

Bu barədə Qırğızıstanın “24” informasiya agentliyi məlumat yayıb.

Birdirilir ki, hazırda səfir ailəsi ilə birlikdə Cənubi Koreyadadır.

“Daha nə hakimiyyətə, nə də prezidentə etibarım qalmayıb. Qırğızıstanda belə iqtidarı tanımıram. Qırğızıstana qayıtmayacağam”, - deyə o vurğulayıb.

Qeyd edək ki, sentyabr ayında K. Sultan Bişkekdə keçirdiyi brifinqdə Qırğızıstan xarici siyasət idarəsinin rəhbərliyini çoxsaylı qanun pozuntularında, o cümlədən korrupsiyada ittiham edib. Diplomat bu barədə hökuməti xəbərdar etsə də, cinayət işi açılmayıb.

Səfir müvafiq materialları Prezident Aparatına təqdim etdikdən sonra Xarici İşlər Nazirliyində yoxlama aparılıb və pozuntular aşkarlanıb.

Baş verənlərin fonunda xarici işlər naziri Erlan Abdıldayev bu gün istefa verdiyini açıqlayıb. Prezident onun istefasını qəbul edib. Eyni zamanda prezident ölkənin Seuldakı səfiri K. Sultanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *