Erməni nazirlərdən şok təklif: marixuana leqallaşdırılsın, uşaq tabutu istehsalı artırılsın » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Erməni nazirlərdən şok təklif: marixuana leqallaşdırılsın, uşaq tabutu istehsalı artırılsın

Erməni nazirlərdən şok təklif: marixuana leqallaşdırılsın, uşaq tabutu istehsalı artırılsın

Ermənistanda davam edən sosial, iqtisadi, siyasi böhran ölkənin təhsil sahəsinə də sirayət edib. Son bir neçə ildə 32 orta ümumtəhsil məktəbi şagird çatışmazlığından bağlanıb. İşğalçı ölkənin məşhur psixoloqu Mirdat Madayan bildirir ki, Ermənistanda vəziyyət daha ağır həddə çatacaq.

Ermənistanın “İravunq” nəşri məlumat verir ki, hazırda ölkədə bütün sahələrdə özbaşınalıqdır. Mirdat Madayan nəşrə verdiyi müsahibəsində bildirib ki, Ermənistanda məktəblər haqqında danışmağa dəyməz. Çünki elm və təhsil naziri Arayik Arutunyan ölkədə marixuananın leqallaşdırılmasının tərəfdarıdır.

Psixoloq qeyd edib ki, o məktəbə uşaq göndərmək istəmir. “Qorxuram ki, ona marixuananın niyə zərərli olduğunu başa sala bilməyim”.

M.Madayan nazir Arayik Arutunyana narkotik maddələrin leqallaşdırılması əvəzinə məktəblərdəki problemləri aradan qaldırmağı tövsiyə edib. O diqqətə çatdırıb ki, 20 ilə yaxındır Ermənistanda şagirdlər qəzalı binalarda təhsil alırlar. Hökumət büdcədə vəsait çatışmadığını bəhanə gətirərək bu sahədə yenidənqurma işləri həyata keçirmir. Nəticədə infrastruktur tamamilə sıradan çıxıb. Ermənistan təhsilində daha bir problem isə şagird çatışmazlığı ilə bağlıdır. Bunun əsas səbəblərindən biri də miqrasiya ilə bağlıdır.

Erməni psixoloq əlavə edib ki, valideynlər soyuq, qəzalı binalarda uşaq oxutdurmaq istəmirlər. Ona görə də son bir neçə ildə 32 orta ümumtəhsil məktəbi bağlanıb.

Ermənistanın “Hetq” xəbər portalının məlumatına görə, elə məktəblər var ki, orada cəmi 7 nəfər oxuyur. Məsələn, bir neçə kəndi əhatə edən Taşir inzibati dairəsinin ərazisində məktəbdə ikinci sinfə yalnız 1 şagird gedir.

Mirdat Madayan bildirir ki, səhiyyə sahəsində də vəziyyət eynidir. Ölkənin səhiyyə sisteminə nəzarət edən Arsen Torosyan uşaq tabutlarının istehsalının artırılması haqqında olduqca çox danışır. “Belə bir insan Ermənistan səhiyyəsinə rəhbərlik edir. Üstəlik hər iki nazir Paşinyan komandasının fəal üzvüdür”, - deyə psixoloq qeyd edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *