Trampın qızı atasının vəzifə təklifini rədd etdi
ABŞ prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Vaşinqtonun BMT-dəki daimi nümayəndəsi olmaqdan imtina edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xanım Tramp bu barədə özünün Tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, Nikki Heylinin istefasından sonra atası-ABŞ Prezidenti Tramp bu vəzifəyə ən mükəmməl namizəd kimi onu göstərib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli vəzifəsindən istefa verib.
Prezident onun Ağ Evə gətiriləcəyini istisna etməyib.
Mənbə:> Virtualaz.org