ABŞ qırıcıları Ukraynaya gəldi
ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcıları və C-130 nəqliyyat təyyarələri “Açıq səma-2018” təlimlərində iştirak etmək üçün Ukraynaya gəliblər.
Oxu.Az-ın Amerikanın Ukraynadakı səfirliyinin “Twitter” səhifəsinə istinadla verdiyi xəbərə görə, ABŞ və Ukraynanın Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçiriləcək çoxmillətli təlimlər oktyabrın 8-dən 19-a qədər Xmelnitsk və Vinnitsa vilayətlərində baş tutacaq.
ABŞ səfirliyində qeyd ediblər ki, təlimlərin keçirilməsində məqsəd “sülh və əminamanlığın möhkəmləndirilməsidir”.
Mənbə:> Oxu.Az